Elanlar

Çanta və portfel satışı elanları

Qiymət:- Ad:
Ad Qiymət
Valideynlər öz uşaqları üçün məktəb çantaları və portfelləri seçərkən, ilk növbədə onların uşaqlar üçün rahatlığına və dizaynına fikir verirlər. Hazırda, müxtəlif aksessuarlar istehsal edən şirkətlər, müxtəlif yaş həddi olan uşaqlar üçün dəbli və komfortlu mallar təqdim edirlər. Bakıda portfel və ya çantal almaq istəyirsinizsə, bir neçə faktorlara diqqət yetirməyinizi məsləhət görürük: boş vəziyyətdə çantanın çəkisinə, fosfor elementlərinin olmasına, portfelin uşağın bel hissəsinə kip oturmağına, çantanın qollarının uzunluğuna və onların tənzimlənməsinə, parçanın keyfiyyətinə, bir neçə ciblərin olmasına və bağlanma mexanizminə. Yuxarıda qeyd olunan bütün xüsusiyyətlər sizi qane etməlidir ki, axı keyfiyyətli tikişi və parçası olan çanta, yerləşdirilən kitablardan cırılmaz, düzgün seçilmiş portfel isə uşağınızın belini ağrıtmaz və onu gəzdirən zaman heç bir çətinlik yaratmaz. Çox vacib olan amillərdən biridə odur ki, gərək seçdiyiniz məhsulu, uşağınızda bəyənsin: sizin seçdiyiniz çantanın uşağınız tərəfdən bəyənildiyinə və onu qürurla gəzdirməyinə əmin olun.

Elan.az elanlar saytının bu bölməsində müxtəlif modelli məktəbli çantaları öz əksini tapıb. Təzə və az işlənmiş uşaq çanta elanlarına diqqət yetirərək, Siz sərfəli şəkildə Bakıda portfel və çanta almaq qərarına gələ bilərsiniz. Seçim zamanı rahat axtarış üçün müxtəlif kriteriyalara uyğun olaraq çeşidləmə funksiyasından istifadə edin və bəyəndiyiniz təklifləri dəyərləndirin.

Əgər Siz çanta və yaxud portfel satmaq istəyirsinizsə, o zaman bu bölmədə elan yerləşdirməyiniz lazımdır. Nəzərinizə çatdırırıq ki, bunu tam pulsuz şəkildə edə bilərsiniz. Sadəcə saytda qeydiyyatdan keçərək, müvafiq qaydalara uyğun olaraq elan mətnini yaza bilərsiniz (elan yerləşdirmə qaydaları ilə - “Qaydalar” bölməsinə daxil olub, tanış ola bilərsiniz). Saytda işlədiyiniz zaman, hər hansı sualınız yaransa, bizim menecerlərə müraciət edə bilərsiniz.