Elanlar

Kişi çanta və barsetka satışı elanları

Qiymət:- Marka, model: Vəziyyət: Yerləşdiyi yer:
Marka, model Vəziyyət Qiymət

Elan.az saytında çanta və barsetkaların geniş seçimi

Müasir kişilər öz zahiri görünüşlərinə kifayət qədər çox vaxt ayırırlar. Bununlada güclü cinsin nümayəndələri anlayırlar ki, zövqlə geyinmək heçdə brend sayılan mallardan istifadə edilməsi deyil, əslində zövqlə seçilən şəxsə yaraşan aksessuarlardan istifadə etməkdir. Bu fikirlə razılaşmaq çətin deyil, çünki bacarıqlı şəxsi - qol saatı, ayaqqabı, qalstuk və çanta kimi imic detalları ilə fərqləndirmək olar.

Kişilər üçün ən məşhur əl çantalarından biri – barsetka sayılır. O, öz kompaktlığı və praktikliyi ilə seçilir. Barsetkaların içinə lazımlı əşyalar yerləşir: portmone, açarlar, sənədlər və mobil telefon. Bu çanta növünü həm çiyində həmdə əldə gəzdirmək mümkündür. Düzgün seçilmiş barsetka ilə kişinin statusunu və individuallığını qeyd etmək mümkündür.

Əgər Sizi Bakıda barsetkaların satışı maraqlandırırsa, Elan.az elanlar saytının bu bölməsi sizin üçün maraqlı ola bilər. Bu bölmənin səhifələrində, Azərbaycanın müxtəlif yerlərindən satıcılar, kişi çantaları və barsetkalar almaq barədə təkliflər yerləşdiriblər. Təklif olunan mallar arasında dəridən, dəri əvəzləyicidən, barxat, velvet və digər materiallardan olan modellər öz əksini tapır. Çantaların qiymətləri fasonundan, vəziyyətindən və keyfiyyətindən asılı olaraq dəyişir. Ödəmə növünü və çatdırılma barədə məlumatı Siz, elan müəllifinin özündən öyrənə bilərsiniz.

Alıcılar qiymətə çeşidləyərək öz istədiklərini asan tapa bilərlər. Eləcədə, şəkillər vasitəsi ilə Siz, barsetkaların dizaynı ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, elanlar pulsuz şəkildə yerləşdirilir. Barsetka və yaxud digər əşyaların satışı ilə əlaqəli olaraq, Siz qeydiyyatdan keçib, müvafiq qaydalarla tanış olub, şəkil əlavə edərək öz elanınızı yerləşdirə bilərsiniz. Diqqətinizə çatdırmaq istərdik ki, yerləşdirdiyiniz təklif barədə olan geniş məlumat, onun tez satışına təkan olacaq.