Elanlar

Ev üçün : Mebel, interyer : Pərdələr

Pərdələr

Qiymət:- Marka, model: Vəziyyət: Yerləşdiyi yer:
Marka, model Vəziyyət Qiymət

Pərdələr – otaq interyerində vacib rol oynayır. Onlar yalnız otağı işıq şüalarından və kənar baxışlardan qorumur, eləcədə rahatlıq və tamamlanmış görünüş bəxş edərək otağın dizaynını tamamlayır. Düzgün seçilmiş pərdələr divarların əyriliyini, pəncərələrin qıraqlarında olan nöqsanları gizlədir, otağı daha böyük göstərir.

Elan.az servisi təzə və işlənmiş pərdələrin alqısını və satqısını həyata keçirməkdə köməklik edəcək. Ətraflı məlumatın yazılması və keyfiyyətli şəkillərin elana əlavə olunması Sizin satdığınız malın axtarışında insanlara heç bir çətinlik yaratmayacaq. Bundan başqa, məhsulları qiymətlərinə, vəziyyətlərinə və materiallarına görə çeşidləməklə, axtarışınızı tezləşdirə və daha da effektiv edə bilərsiz.

Necə düzgün pərdə seçmək olar?

aşağıda yazdığımız məsləhətlərdən istifadə edin:

  • pərdələrin növünü dəqiqləşdirin. Müasir modellər müxtəlif formalarda təqdim olunub: klassik, rulon, jalüz, “markiz”, roma pərdələri. Seçilmiş pərdə növü otağın ümumi görünüşünə uyğun olmalıdır, ev sahiblərinin xoşuna gəlməlidir;
  • alçaq tavanlı otaqlarda şaquli xəttli pərdələrdən istifadə edin. Bununla hündürlüyün görünüşü vizual olaraq böyük görsənir. Üfüqi xəttlərlə olan pərdələr isə otağı enli göstərir;
  • yaşayış sahələri üçün iki növ pərdələr var – yay və qış. Birincilər, adətən, soyuq tonlu pambıqdan tikilir. Qış pərdələri isə isti rənglərdən ibarət olan kip parçalardan hazırlanır.

Qeyd edək ki, pərdələrin qiymətləri material növündən, fakturadan və modelin hazırlanma çətinliyindən asılıdır.

Azərbaycan sakinləri istənilən pərdə modellərinin alqısı, satqısı, eləcədə tikişi barədə kataloqda pulsuz elan yerləşdirə bilərlər. Sayta daxil olan çox saylı ziyarətçilərə görə, Sizin elan heç vaxt oxunmamış olmayacaq. Saytla bağlı hər hansı sualınız yaranarsa, qaynar xətt vasitəsi ilə bizim menecerlərlə əlaqə saxlayın.