Elanlar

Kitablar

Qiymət:- Ad: Müəllif: Nəşr ili:
Ad Müəllif Nəşr ili Qiymət

Çox tanınmış filosof və moralist S.Smayls yazmışdı: “Kitab bizi yaxşı cəmiyyətə aparır, bizi bütün zamanların ən yaxşı bilikləri ilə tanış edir”. Kitablar, əsrlərlə saxlanılan müdriklik nişanıdır. Rəqəmsal texnologiya dövründə kağız versiyalarının satışı azalmağa baxmayaraq, hazırda ədəbiyyata əsl dəyər verənlər arasında çap versiyalarına üstünlük verənlər heç də az deyil. Məhz, bu cür insanlar üçün bizim elanlar saytının bu bölməsi yaradılıb.

Burada, arzu edən hər bir insan müxtəlif vaxtlarda nəşr olunan kitabları ala bilər. Bu bölmədə xarici və yerli müasir və klassik müəlliflərin kitablarına rast gəlmək mümkündür. Qədimi kitabların satışı ilə maraqlananlar antikvariat bölməsinə də müraciət edə bilərlər. Burada nəinki alıcılarla, hətta qiymətli kitab satanlarla da tanış olmaq mümkündür. Əlaqə vasitələrinin köməkliyi ilə faydalı işgüzar əlaqələr qurmaq və gələcəkdə maraqlı kitablarla dəyişdirmək də mümkündür.

Müəllifin adı, qiymət, nəşr olunma ili ilə axtarış sistemi, elanları çeşidləmə zamanı Sizin işinizi rahatlaşdıracaq.

Diqqətinizə yetirmək istərdik ki, Elan.az elanlar saytında pulsuz şəkildə hər bir satıcı və yaxud alıcı elanını yerləşdirə bilər. Elan yerləşdirmə qaydaları olduqca asandır.Hər hansı çətinliyiniz olduğu təqdirdə, qaynar xətt vasitəsilə bizim menecerlərlə əlaqə qurub suallarınızı verə bilərsiniz.