Yeni elan yerləşdirmək

Bölmə:
Kateqoriya:
Alt kateqoriya:

Necə elan verim?

Elanların dərc olunma prosesi sadədir. Bunun üçün bir neçə dəqiqə sərf olunacaq və moderasiyanı keçdikdən sonra, elanlar, portalın istifadəçilərinə təqdim olunacaq. Vacib olan şərt – Elan.az saytında qeydiyyatdan keçməkdir.

Siz fiziki və yaxud hüquqi şəxs adından elan yerləşdirə bilərsiz. Qeydiyyat zamanı bütün qeyd olunan parametrləri doldurmağınız lazımdır, həmçinin – telefon, elektron ünvan, eləcədə şifrə. Qeydiyyat zamanı elan verən şəxsi qeyd edin – fiziki və ya hüquqi şəxs. Dəqiq məlumatların doldurulması vacibdir – çünki qeydiyyatınızı təsdiqləmək üçün Sizin mobil nömrənizə təsdiq kodu gələcək.

Portalda qeydiyyatınız təsdiq olunandan sonra istədiyiniz bölməyə elan verə bilərsiniz. Proses addım-addım həyata keçirilir, parametrlərin doldurulması qaydası aşkardır və intuitiv olaraq aydındır. Hər hansı səhv olunduğu zaman ekranda həmin səhv barədə məlumat görsənir və onun həlli üçün məsləhətlər öz əksini tapır.

Elanların dərc olunması bölmə seçimindən başlayır (sizə lazım olan pozisiyaya mouse-la tıklayın), bundan sonra müvafiq tematikaya uyğun olan kateqoriyalar açılacaq. Lazım olan bölməni seçin, ondan sonra göstərilən xanalardan alt kateqoriyaları qeyd edin. Daha sonra “Elan yerləşdir” düyməsinə basaraq – pulsuz və yaxud ödənişli elan dərc olunma növünü seçin, öz səhifənizə daxil olaraq (bunu öncədən də edə bilərsiniz) elan barədə məlumatları daxil edin.

Elan.az saytına elan vermək — niyə sərfəlidir?

  • Vaxt qənaəti — hər şey tez və sadədir, proses bir neçə dəqiqədən çox vaxt tələb etmir.
  • Məqsədli auditoriyanın maksimal əhatə olunması: dərc olunan elan axtarış mexanizmin köməyi ilə asan formada tapılır.
  • Pul qənaəti — Elan.az saytında elan yerləşdirmək pulsuzdur.

Qanuna, etika və moral normalarına, eləcədə doğruluğuna uyğun olan hər bir elan dərc olunur. Dərhal elan vermək mümkündür. Hər hansı suallarla bağlı (012) 493-56-98 nömrəsinə zəng edin.